Bakıda bank kartından pul oğurlayan şəxs ələ keçdi

Bakıda bank kartından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, iyunun 2-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 470 manatı oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Səfərəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır