Bakıda bank kartından 1100 manat pul oğurlandı

Bakıda bir nəfərin bank kartından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, bir nəfərin bank kartından 1100 manat oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən R.Qurbanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.