Bakıda avtomobilin vurduğu qadın 21 gün sonra öldü

Bakıda avtomobil vuran piyada ölüb.

Hadisə avqustun 9-da saat 16 radələrində Nəsimi rayonu, Füzuli küçəsində baş verib.

Mehdiyev Rəmşad Etibar oğlu idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə piyada 84 yaşlı Krisanova Larisa Dimitriyevnanı vurub. Yaralı aldığı əsarətlərdən avqustun 30-da Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır./lent.az