Bakıda anbardan külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisindəki mağazalardan birinin anbarından 76000 manat dəyərində elektrik naqili oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Haqverdiyev saxlanılıb.
Araşdırma aparılır.