Bakıda 42 yaşlı kişi bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə UPD qəsəbəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Azər Hicran oğlu Nəzərov yaşadığı binanın həyətinə tanışı tərəfindən çağırılıb. Daha sonra onlar arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib.

Dava zamanı A.Nəzərov bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlərin müdaxiləsindən sonra o, cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./"teleqraf"