Boşanmaq istəyən arvadını qətlə yetirən şəxslə bağlı qərar verildi

Şirvan Apellyasiya Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Nicat Lələzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Hadisə ötən il avqust ayında Lənkəranda baş verib.

Belə ki, Nicat Lələzadə ondan boşanmaq istəyən arvadı Əfsanə Lələzadəni aralarında yaranan mübahisə zəminində bıçaqlayıb. Qadın xəstəxanada ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Lələzadə 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib.