Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Nicad İbrahim 1983-cü il təvəllüdlü Bəhmən Əliyevi bıçaqla vuraraq qarın boşluğuna daxilə nüfuz edən xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Nicad İbrahim şübhəli şəxs qismində saxlanılıb.