Bakıda 14 yaşlı oğlan bıçaqlandı - HAZIRDA REANİMASİYADADIR

Bakının Səbail rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib.

2009-cu il təvəllüdlü Abbasov Məhəmmədəli Əfqan oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.