Bakı-Sumqayıt yolunda zəncirvari qəza: XƏSARƏT ALAN VAR - FOTO

Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 06:00 radələrində, Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, E.Abdullayev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi "VAZ" markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən "KİA" markalı avtomobillə toqquşub, nəticədə A.Quliyev xəsarət almışdır. Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.