Bakı metrosunda insident: 4 NƏFƏR HƏBS EDİLDİ

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə metronun "Koroğlu" stansiyasında insident baş verib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, insident metronun "Koroğlu" stansiyasında qeydə alınıb.

Məlumata görə, platformada bir qrup şəxs arasında mübahisə yaranıb və bu, səs-küyə səbəb olub. Hadisə yerinə gələn polis əməkdaşları dərhal vəziyyətə müdaxilə ediblər.

Qaydanı pozan 4 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Məhkəmənin qərarına əsasən, onların hər biri 30 sutka inzibati həbs cəzası alıb.

Hazırda insidentin səbəbləri araşdırılır./lent.az