Bakı həbsxanasında ÖLÜM: iki polisi bıçaqlamışdı...

Azərbaycanda həbsxanada daha bir məhkum ölüb. 

Stopnarkotik.az lent.az - a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 

Məhkum Mehman Solovyov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü iddia edilir.

Qeyd edək ki, M.Solovyov 2017-ci ildə həbs edilib.

Onun tutulması üçün polis əməliyyat keçirərkən müqavimətlə qarşılaşıb. Əvvəllər məhkum olunmuş Mehman Solovyov Şirvan polisinin iki əməkdaşını bıçaqlayıb.