Gürcüstan 55 əcnəbini deportasiya etdi - ARALARINDA AZƏRBAYCANLILAR DA VAR

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 55 əcnəbini ölkədən deportasiya ediblər.

Stopnarkotik.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə,Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tailand, Misir, İraq və digər ölkələrdən olan ümumilikdə 55 əcnəbi Gürcüstandan çıxarılıb.

Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.