İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 10 ton 135 kiloqram olan 5126 ədəd çətənə kolu məhv edilib.