Bakı Apellyasiya Məhkəməsində qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən A.Bayramovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Stopnarkotik.az pravda-ya istinadla xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə A.Bayramova 6 000 manat miqdarında cərimə cəzası təyin edilib.
İttihama görə, A.Bayramov tamah məqsədilə yaşadığı Şağan qəsəbəsi, Yeni sahədə yerləşən fərdi bağ evində 2022-ci ilin avqust ayından etibarən qumar oyunları, yəni pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar təşkil edərək keçirib.
3 noyabr 2022-ci il tarixdə həmin ünvanda yerləşən mənzilin qonaq otağında özü ilə birlikdə müştərilərlər olan bir neçə şəxsə şərait yaradıb pul uduşlu qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlayıb. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 22:00 radələrində əməliyyat-axtarış tədbiri keçirilib.