Cəlilabad rayonunda quduz itin dişlədiyi azyaşlının ölümü ilə bağlı təfərrüat məlum olub.
Hadisə mayın 3-də, Cəlilabad şəhərinin R.Nəsirov küçəsində baş verib.
Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.
Bu zaman o, bacısının köməyinə gəlib. Azyaşlı bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.
Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.
Lakin vəziyyəti ağırlaşdığı üçün azyaşlı paytaxt xəstəxanalarından birinə təxliyə edilib.
Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb./report
***15:55
Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı ölüb.
Hadisə Cəlilabad şəhərində qeydə alınıb.
Belə ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib.
Müxtəlif xəsarətlər alan azyaşlı rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub.
Daha sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib.
Lakin azyaşlı yerləşdirildiyi xəstəxanda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./report