ABŞ-ın Sarri dairəsinin seçki komissiyasının sədri iki nəvəsinin dondurmasına narkotik qatmaqda ittiham olunur. İttiham Uilminqton polisinin sübutlar təqdim etməsindən sonra elan olunub.
Stopnarkotik.az xəbər verir ki, Ceyms EdvinYokli polis zabitlərinə azyaşlı nəvəvlərinin dondurmalarında iki həb tapdıqlarını bildiriblər. Polis isə deyib ki, Yoklinin hər iki kiçik qızın dondurmasına həbləri səpməsinin görüntüləndiyi videonu aşkarlayıblar. Polis təhqiqatından sonra bəlli olub ki, həblərin tərkibində MDMA və kokain olub. Həmçinin bildirilib ki, qızlar həblərə toxunmayıblar və həblər laboratoriyaya göndərilib.
Yokli qida və içkinin zəhərləməkdə, narkotiklərin saxlanmasında, uşaqlarla qəddar rəftarda ittiham olunub.
Stopnarkotik.az