Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda dəyişiklik edilib.

 

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. 

Dəyişikliyə əsasən, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023-2024-cü illər ərzində “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanununu hazırlamalıdırlar.