Azərbaycanda sürücülük vəsiqələrində hicab qadağası ləğv edilib? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda sürücülük vəsiqəsi üçün hicablı foto çəkilib.

Bu barədə foto sosial şəbəkədə paylaşılıb. 

Paylaşımın rəy bölməsində isə qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağanın götürülməsi barədə məlumatlar qeyd edilib.

Sosial şəbəkələrdə yayılan məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-a bildirib ki, yayılan görüntüdən məlumatlıdırlar:

“Bu barədə xidməti araşdırma başladılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.