Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Stopnarkotik.az xəbərinə görə, Fuad Əliyev apa-ya açıqlamasında deyib ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək.
O əlavə edib ki, “Vətəndaş Birliyi” Seçki Qərargahı yaradılıb. Qərargaha isə Xəzər Teyyub rəhbərlik edəcək.