Azərbaycanda məmur iş başında öldü

Beyləqanda vəzifəli şəxs iş başında ölüb.

Stopnarkotik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə 8 saylı ərazi vergi idarəsində baş verib.

Burada kiçik vergi xidməti müşaviri işləyən Ağcabədi şəhər sakini 64 yaşlı Arif Qasım oğlu Qasımlı infarktdan ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.