Azərbaycanda bu il birinci yarısında 15 420 cinayət törədilib

Azərbaycanda bu il birinci yarısında 15 420 cinayət qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Geniş Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, bu cinayətlərin 90,7 %-nin açılması təmin edilib.

Ümumilikdə ölkə üzrə cəmi 7893 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilib.

Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.