Gəncədə axtarışda olan qadın intihar edib.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan, 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Pərvanə Hüseynova yaşadığı binanın 7-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən özünü ataraq intihar edib.
Qeyd edək ki, Pərvanə Hüseynova barəsində CM 326-cı (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddəsi ilə Gəncə şəhər Proparsiya Şöbəsi tərəfindən axtarış elan edilib.