Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yeni qərarla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün veriləcək müavinət ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən çıxılacaq.
Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.