Azərbaycana yaz fəsli daxil oldu - GECƏ VƏ GÜNDÜZ BƏRABƏRLƏŞİB

Azərbaycana yaz fəsli daxil olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat verib.

Qeyd olunub ki, martın 20-si saat 18:45:53-də Azərbaycan yaz fəslinə qədəm qoyub.

"Bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq" - , deyə məlumatda bildirilib.