Azərbaycan Ordusunun itkin düşən, bu gün nəşi tapılan hərbçisi Ordubadda dəfn ediləcək

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi tapılan əsgəri Ordubadda dəfn ediləcək.

Stopnarkotik.az xəbər verir ki, onu nəşi hazırda Ordubad rayonunun Gənzə kəndinə aparılır.

Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.