İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftı (29.06.2026-05.07.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Stopnarkotik.az-a verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə ötən həftə 23 piyada əleyhinə mina, 21 tank əleyhinə mina, 259 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2 333, 3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.