Axtarışda olan şəxs qumbara ilə özünü partlatdı

Rostov vilayətində axtarışda olan şəxs qumbara ilə özünü partladıb.

Rusiya mediasına istinadən xəbər veririk ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, federal axtarışda olan şəxsin yeri Taqanroq yaxınlığındakı Nikolayevka kəndində müəyyən edilib. O, saxlanılarkən müqavimət göstərib və qumbaranı partladıb. 45 yaşlı kişi hadisə yerində ölüb, iki polis əməkdaşı isə yaralanıb.

O, fərarilik ittihamı ilə axtarışda olub.