Axtarışda olan keçmiş məhkum saxlanıldı - HƏYƏTİNDƏN MARİXUANA GÖTÜRÜLDÜ

Gəncədə axtarışda olan şəxs narkotiklə tutulub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində borclu qismində axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əliyev saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu və 740 qram marixuana aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.