2022-ci ildə beysbol çubuğu ilə insanları döyən və axtarışa verilən Sverdlovsk vilayətinin Alapaevsk şəhərindən olan deputat İlya Çij "Vaqner" özəl hərbi şirkətinə qoşulub.
Bu barədə EAN nəşri deputatın qohumlarına istinadən məlumat yayıb. “VKontakte” səhifəsində Çij kamuflyaj geyindiyi fotosunu paylaşıb və adını "Kristian Qrey" olaraq dəyişib.
EAN xəbər verir ki, Çij proses zamanı bir neçə dəfə "Vaqner"ə müraciət edib. Məhkəmə qərarı olmadığına görə ona imtina cavabı verilib. Amma hökmün elanından sonra millət vəkili hərbi şirkətə daxil ola bilib.
İyunun 2-də məhkəmə deputata qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə iki il müddətinə həbs cəzası verib. İttiham tərəfi israr edib ki, ötən ilin aprelində Çij Alapaevsk şəhərinin həyətlərindən birində iki nəfəri beysbol çubuğu ilə döyüb.
Deputat sosial şəbəkələrdə bütün ittihamları cəfəngiyyat adlandırıb. O, hökmün elanına gəlməyib və axtarışa verilib./azvision.az