Avtomobili kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - VİDEO

Sosial şəbəkələrdə “Chevrolet Cruze” markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb.

Minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyət yaradıb. Sürücü avtomobili sağa çəkərək aşağı sürətlə idarə etsə də, bu halın qəbuledilməz olduğu bildirilib.

Baş DYP İdarəsinin Mətbuat xidmətindən bildirilib ki, bu kimi hallar yolverilməzdir və görüntüdəki avtomobillə bağlı müvafiq araşdırma aparılır.