Avropa tarixinin ən böyük narkotik müsadirəsi İspaniyada baş tutdu - 947 kiloqram MDMA ələ keçdi

İspaniya və Hollandiya polisi Cənubi Amerikaya göndərilən 947 kiloqram MDMA adlı narkotiki müsadirə edib. Narkotacirlər bu narkotikləri kokainlə dəyişdirmək niyyətində olublar. Bu, Avropa tarixində hələ ki, ən böyük psixoaktiv maddənin müsadirəsidir.

Stopnarkotik.az xəbər verir ki, İspaniya polisi verdiyi açıqlamada hər iki ölkədə 15 nəfərin həbs olunduğunu bildirib.

Şübhəlilər ictimai sağlamlığa qarşı cinayətlərdə, cinayətkar dəstəyə üzvlükdə, qanunsuz silah saxlamada ittiham olunurlar.

Polisin məlumatına görə, şübhəli narkotik tacirləri kranda gizlədilmiş sintetik narkotikləri göndərməyə hazırlaşıblarmış.

Qanada MDMA kokainə dəyişdirilib və daha sonra İspaniya limanları vasitəsilə Avropaya göndərilib. Daha sonra MDMA Cənubi Amerikaya göndərilib. 2025-ci ilin əvvəllərində başlayan araşdırmalar şübhəlilərin İspaniya və Hollandiyadan Afrikaya, oradan da Latın Amerikasına göndərişləri koordinasiya etdiklərini ortaya çıxarıb.

Göndərişin yaxın zamanda gözlənildiyi təsdiqləndikdən sonra, 2026-cı ilin yanvar ayının sonlarında birgə reydlər keçirilib. Polis həmçinin 644 ədəd kannabis bitkisi, üç odlu silah, 46.000 avro (52.615 dollar) və beş lüks saat müsadirə edib. 

Stopnarkotik.az