ATƏT-in 101 müşahidəçisi parlament seçkilərini izləyəcək - YENİLƏNİB

ATƏT Parlament Assambleyasının 61 nəfər, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 40 nəfər müşahidəçisi artıq qeydiyyatdan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O vurğulayıb ki, MDB Parlamentlərarası Assemblyadan isə 36 nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 29 qurumdan ümumilikdə 267 beynəlxalq müşahidəçi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 46 807 min yerli müşahidəçi qeydiyyatdan keçib:

"Bu müşahidəçilərdən 5715 nəfəri MSK-da, 41 092 nəfəri isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib".

Qeydə alınan beynəlxalq müşahidəçilər aşağıdakılardır:

1. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu - 40 nəfər

2. ATƏT-in Parlament Assambleyası - 61 nəfər

3. MDB Parlamentlərarası Assambleyası - 36 nəfər

4. Müstəqil Dövlətlər Birliyi - 46 nəfər

5. Türkiyə Böyük Millət Məclisi - 14 nəfər

6. Mərakeş Nümayəndələr Palatası - 4 nəfər

7. Kamboca Milli Assambleyası - 3 nəfər

8. Pakistan Milli Assambleyası - 3 nəfər

9. Malayziya Parlamenti - 2 nəfər

10. Belarus Respublika Şurası - 2 nəfər

11. Rusiya Federal Məclisinin Federasiya Şurası - 2 nəfər

12. Belarus Nümayəndələr Palatası - 1 nəfər

13. Gürcüstan Parlamenti - 1 nəfər

14. Qazaxıstan Senatı - 1 nəfər

15. TURKPA - 17 nəfər

16. Beynəlxalq Parlamentarilər Konqresi - 4 nəfər

17. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi - 4 nəfər

18. GUAM Parlament Assambleyası - 3 nəfər

19. İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası - 2 nəfər

20. İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı - 2 nəfər

21. Asiya Parlament Assambleyası - 1 nəfər

22. Türkiyə Yüksək Seçim Kurulu - 5 nəfər

23. Maldiv Mərkəzi Seçki Komissiyası - 3 nəfər

24 . Bolqarıstan Mərkəzi Seçki Komissiyası - 2 nəfər

25. Filippin Mərkəzi Seçki Komissiyası - 2 nəfər

26. Gürcüstan Mərkəzi Seçki Komissiyası - 2 nəfər

27. Pakistan Mərkəzi Seçki komissiyası - 2 nəfər

28. Qazaxıstan Mərkəzi Seçki Komissiyası - 1 nəfər

29. Monteneqro Mərkəzi Seçki Komissiyası - 1 nəfər.