“Atana salam deyərsən..." - Paşinyanın oğlunu metroda şillələdilər

“Məndə etibarlı məlumat var ki, bir müddət əvvəl “Zoravar Andranik” metrostansiyasında  bir vətəndaş Aşot Paşinyana şillə vurub”. 

Ermənistanın “İravunk” nəşrinin yaydığı məlumata görə, bunu “Facebook” istifadəçisi Qagik Asatryan yazıb. 

“Növbəti stansiyada dayanma zamanı polis vətəndaşı naməlum istiqamətə aparıb. Hadisə şahidlərinin dediyinə görə, vətəndaş Aşotu görəndə  “atana salam söyləyərsən” deyərək onu şillələyib. Həmin vaxt Aşotun yanında iki qız da olub”- deyə davamında Q.Asatryan yazır.

“Qeyd edək ki, hüquq müdafiəçisi Ruben Melikyan və Milli Assambleyanın “Ermənistan” fraksiyasının deputatı Mher Sahakyan müvafiq Erebuni rayonunun təhlükəsizlik departamenti və polis departamentində olublar. Orada onları belə halın qeydə alınmadığını əmin ediblər”- erməni qəzeti belə yazır.