Abşeronda arvadını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Stopnarkotik.az ölkə.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim Fəhmin Hümbətovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
Məhkəmə baxış iclası təyin edilib.
Qeyd edək ki, ötən ilin avqustun 2-də Abşerov rayonunun Mehdiabad qəsəbəsində fərdi evdə yaşayan İsmayılov Hüseyn Qurban oğlu qısqanclıq zəminində arvadı İsmayılova Şəhruzə Əzim qızının bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib və sonra hadisə yerindən uzaqlaşıb. H.İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.