Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Emil Əsədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 2024-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski, ev 21 ünvanının qarşısında qeydə alınıb.
Belə ki, Emil Əsədov qonşusu, zərərçəkmiş Valeh Bəhruzovla (soyadı şərtidir) sözlü mübahisə edib. Buna səbəb isə ona zərərçəkmişin gecə vaxtı səs-küy salmasına irad bildirməsi olub. Təqsirləndirilən şəxs bunu bəhanə edərək qeyri-rəsmi nikahda olduğu qadınla birləşib Valehi nalayiq ifadələrlə ucadan təhqir edib, onu qəsdən vurub sağlamlığa zərər vurmayan xəsarət yetirib. Qadın isə zərərçəkmiş şəxsin bədəninin müxtəlif hissələrinə qəsdən bir neçə ardıcıl zərbələr yetirib.
Hadisədən sonra Emil Əsədov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.