“Artıq yaxşı oğlan olmaq axtarışında deyiləm, insan olmağa çalışıram” – ŞOK MÜSAHİBƏ / VİDEO

Kənan: “Narkotik almaq üçün nənəmdən qalan üzüyü oğurlayıb satdım”

“Ölkənin hər bölgəsində narkotik satan da, istifadə edən də var”

Kənanın 25 yaşı var. Sumqayıt şəhərində anadan olub. 2016-cı ildən narkotik istifadə etməyə başlayıb. Deyir ki, narkotik aludəçisinə hərbi xidmətdə olduğu vaxtlarda çevrilib. 17-18 yaşına qədər ara-sıra içki içib, bəzi hallarda psixatrop dərmanlar atıb: “Hərbi xidmətdə isə ağır narkotiklərdən istifadə etməyə başladım”.

Müsahibimiz deyir ki, yaşadığı şəhərdə deyil, hərbi xidmət zamanı ağır narkotiki əldə etmək onun üçün daha asan olub. Bir neçə dəfə narkotik istifadə etdiyi üçün ələ keçsə də, müəyyən yollarla xilas olmağı bacarıb.

Hərbi xidməti başa vurduqdan sonra dövlət televiziyalarından birində çalışan Kənan, burada da narkomanların “kruq”una düşüb. Bir ildən çox bu televiziyada çalışıb və narkotik istifadə etdiyi rəhbərlik tərəfindən aşkara çıxarıldıqda, işdən qovulub.     

Artıq 11 aydır “ayıq” olan Kənan narkotik istifadə etdiyi təxminən 6-7 il əzrində başına gələnləri Stopnarkotik.az-a danışıb. Buyurun, müsahibənin ikinci hissəsini izləyin.

Müsahibədən bəzi sitatları oxucularımıza təqdim edirik:

 ““Lomka”ya düşəndə dizlərim ağrıyır, bədənimdən su gedir, burnum axırdı, elə bil məni 17-ci mərtəbədən atıblar, əlimi qaldırmağa taqətim olmurdu”

“İntihar etmək üçün qollarımı kəsdim. Bir çox intihar planlarım vardı...”

“10-11 ay əvvəl düşünməzdim ki, bir gün gəlib sizinlə oturub, bu haqda danışacağam...”

“Dostumu Reabilitasiya Mərkəzinə aparmaq istədim, atası dedi ki, mənim oğlum nə edir ki, uzağı nəşə çəkir də...”

“Mən yenidən narkotik çəkib, bir daha həyatda uduzmaq istəmirəm”

“Narkomanları qınamaq doğru deyil... mən nəyi ki, qınayırdım, hamısını yaşadım”

“Zənnimcə, yaxşı oğlan ata-anasının qayğısına qalan, işləyən, halal zəhmətilə pul qazanandır”

“Hazırlığın pulunu götürüb, gedib oyun oynayır, pivə içirdim...”

Stopnarkotik.az