Erməni quldurlar ukraynalılardan qaçarkən rusların mina sahəsinə düşüblər
Xəbər verildiyi kimi, iyulun 2-də Moskvada Ukraynaya qarşı döyüşmək istəyən ermənilərdən ibarət ayrıca batalyon yaradılıb. Erməni bayrağı altında vuruşan və “Arbat” adlandırılan bu quldur dəstəsinə iyulun 3-də Moskvadakı erməni kilsəsi xeyir-dua verib. Rusiya mətbuatında, telegram kanallarında bu barədə foto və videogörüntülər yayımlanıb.
Ermənilərdən ibarət “arbat” batalyonu Donetsk istiqamətində gedən döyüşlərdə Ukrayna ordusu tərəfindən darmadağın edilib. Bunu Ermənistanın “Hraparak” qəzeti də təsdiqləyib.
Ermənilərin necə məhv edildiyinə dair bəzi detallar məlum olub. Qeyd edilir ki, Ermənistan bayrağı altında döyüşən batalyon Ukrayna mövqelərinə hücum etməyə çalışıb. Bu zaman Ukrayna döyüşçülərindən layiqli cavab alan ermənilər qaçmağa başlayıblar. Lakin həmin vaxt Rusiya tərəfinin basdırdığı minalartdan ibarət sahəyə düşüblər.
Bu barədə tanınmış azərbaycanlı hərbi ekspert Aqil Rüstəmzadə də öz sosial şəbəkə səhifəsində məlumat paylaşıb. O, qeyd edib ki, Rusiya mina sahələrini xaotik şəkildə yaradır və çoz zaman minalanmış əraziləri xəritəyə daxil etmir. Nəticədə Rusiya hərbçiləri öz minalarına tuş gələrək, məhv olurlar. Ukraynalıların qarşısından qaçan ermənilər də eyni aqibətlə rastlaşıblar.
Xəbərdə bildirilir ki, ermənilərin məhv edilməsi Ukrayna dronları tərəfindən qeydə alınıb. Onların məhz “arbat”-ın “döyüşçüləri” olduğu isə ələ keçirilən ratsiya danışıqlarından məlum olub.
Xatırladaq ki, Ermənistan, Rusiya və Ukrayna vətəndaşları olan ermənilərin birləşdiyi “arbat”ın sponsoru Rusiyada yaşayan erməni oliqarx Samvel Karapetyandır.
“Arbat”-a “Vaqner”-də döyüşmüş Ayk Qasparyan adlı cinayətkarın rəhbərlik etdiyi bildirilir. Erməni batalyonunun əsas fiqurlarından biri isə “Armen qorlovskiy” ləqəbilə tanınan kriminal avtoritet Armen Sarkisyandır.
Vaxtilə Ukrayna Prezidenti olmuş Viktor Yanukoviçə tulalıq etmiş bu şəxs öz başının dəstəsilə 2013-2014-cü illərdə dinc aksiyalarda ukraynalılara divan tutmaqla məşhurlaşıb. “Erməni batalyonu” ilə bağlı məlumatlarda deyilir ki, bu qruplaşmada 450 nəfərə qədər erməni vuruşur./azpolitika.info