Türkiyənin Antalya şəhərində "Güney Azərbaycan"ın türk əhalisinin mübarizəsini dəstəkləyən plakatlar açılıb. Bu plakatların foto və videoları sosial mediada və bir sıra media platformalarında yer alıb.
Stopnarkotik.az “Araz News”a istinadla xəbər verir ki, plakatlarda "Güney Azərbaycan"ın türk əhalisinin tələbləri ilə həmrəylik ifadə edən siyasi və kimliyə əsaslanan mesajlar yer alır. Ələlxüsus, onlar "Cənubi Azərbaycan" məsələsinin türk dünyasının üzləşdiyi əsas problemlərdən biri olduğunu vurğulayır və "nə Pəhləvi, nə də İslam Respublikası"nın Azərbaycan məsələsinin həlli hesab edilmədiyini bildirirlər. Xəbərlərdə həmçinin plakatlarda "Güney Azərbaycan" milli hərəkatının şüarı - "Azadlıq, ədalət, milli hökumət" – şüarlarının yazıldığı və bölgədə zülm, despotism, daxili müstəmləkəçilik siyasətinə son qoyulmasının vacibliyi vurğulandığı qeyd olunur.
Stopnarkotik.az






