Almaniyada sosial şəbəkələrdə uşaqların iştirakına məhdudiyyətlər gətirilir

Almaniyada uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq istəyirlər.

Stopnarkotik.az bu barədə “Tagesschau" saytına istinadla xəbər verir.

Nəşr yazır ki, ölkədə uşaqların psixi sağlamlığının qorunmasını, eləcə də onlayn asılılığın azaldılmasının gərəkdiyinə çağırışlar edilir.

Belə ki, Almaniyanın ədliyyə naziri Stefani Hubiq sosial şəbəkə istifadəçiləri üçün aydın yaş məhdudiyyətlərinin tətbiqinə çağırıb. Onun fikrincə, məhdudiyyət onlayn mühitin həddindən artıq təsirini azaldaraq uşaqların sağlam inkişafına kömək edəcək.

Onun sözlərinə görə, uşaqların və yeniyetmələrin kiber zorakılıqdan, özünü ifadə etmək üçün təzyiqdən və həddindən artıq "ekran" asılılığından qorunmağa ehtiyacı var.

"Bu, inkişafı təşviq edəcək, şxsi həyatın məhrəmiyyətini qoruyacaq və ailələrdə gündəlik gərginliyi azaldacaq", Hubiq deyir.

Stefani Hubiq hesab edir ki, yaş məhdudiyyətinin tətbiqi valideynlərin uşağın internetdəki həyatında iştirakını asanlaşdıracaq, çünki daimi monitorinq və uşaq-valideyn izahatlara ehtiyac qalmayacaq.

O, analoji məhdudiyyətlərin artıq mövcud olduğu digər ölkələrin müsbət təcrübəsinə də diqqət çəkib və bildirib ki, sözüedən məhdudiyyət sayəsində məktəblərdə zorakılıq hallarının sayı azalıb, uşaqlar daha diqqətli və sosial aktivləşiblər. 

Stopnarkotik.az