Almaniyada 7 İŞİD terrorçusu tutuldu

Almaniyada terror hücumu törətməyə hazırlaşa İŞİD terror qruplaşmasının 7 üzvü saxlanılıb.

Stopnarkotik.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən birinin Türkmənistan, birinin Qırğızıstan, beşinin isə Tacikistan vətəndaşları olduğu bildirilib.

Məlumata görə, şübhəli şəxslər Rusiyanın Ukraynada müharibəyə başlamasından qısa müddət sonra Almaniyaya daxil olublar.

Qeyd olunub ki, şübhəlilərin məqsədi Almaniyada səs-küylü terror hücumları törətmək olub və hədəflərini müəyyənləşdirən qrup silah əldə etməyə çalışıb. Saxlanılan yeddi nəfərdən altısının 2022-ci ilin aprelindən bəri İŞİD üçün pul topladığı və dəfələrlə xaricə pul göndərdikləri bildirilib.