2025-ci ildə aliment ödəməkdən yayınan 4 299 (2024-cü ildə 4131) borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Onlardan 2344 nəfər inzibati qaydada həbs olunub.
Stopnarkotik.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.
Hesabata əsasən, onlardan 3083 (2024-cü ildə 2987) protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunmuş, 2344 (2024-cü ildə 2318) nəfər inzibati qaydada həbs olunub.
Bundan başqa, keçən il cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 (2024-cü ildə 174) təqdimat verilib, onlardan 235 (2024-cü ildə 164) təqdimat əsasında cinayət işi başlanılıb, 3 (2024-cü ildə 3) təqdimat üzrə cinayət işinin başlanması rədd edilib, 48 (2024-cü ildə 7) təqdimat növbəti hesabat dövrünə qalıq keçib.
2025-ci il ərzində məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlərin sayı isə 46 219 olub.