Britaniyaya bağlı olan “Alcis” coğrafi informasiya xidmətlər təmin edən qurumun peykləri Əfqanıstanın Helmand əyalətində tiryək xaşxaşı əkilən sahələrin yoxa çıxdığını aşkarlayıb. Stopnarkotik.az bu barədə "Alcis"in açıqladığı məlumata istinadən bildirir.
“Alcis”in verdiyi informasiyaya görə, il ərzində əyalətdə becərilən taxılın payı 45%-dən 94%-ə yüksəlib, tiryək isə demək olar ki, sıfıra düşüb. Helmand əyalətinin əvvəllər Əfqanıstan tiryəkinin təxminən yarısını təmin etdiyini nəzərə alan analitik Devid Mansfild deyib ki, Talibanın narkotiklərlə mübarizə tədbirləri misilsizdir və qlobal bazara təsir edəcək. Bu fikir britaniyalı ekspert Mayk Treys tərəfindən səsləndirilib.
İddia olunur ki, əgər Helmandda məhsul 99% azalıbsa, o zaman ölkə üzrə orta göstərici 80% azalıb.
Stopnarkotik.az