Xəbər verdiyimiz kimi, Şuşanın girişində işğalçılar tərəfindən quraşdırılan tank götürülüb.
Stopnarkotik.az-ın məlumatına görə, Ermənistan tərəfindən Şuşanın işğalının xatirəsinə quraşdırılmış 442 nömrəli “T-72” tankı 31 ildən sonra Bakıya gətirilib.
8 may 1992-ci ildə Milli Qəhrəman Albert Aqarunov tərəfindən vurulan həmin tank Bakıda Qənimətlər parkına aparılıb və orada nümayiş olunacaq.