Aktrisa Zarina Qurbanovanın atası həbs edildi

"Sosial Adaptasiyanın İnkişafına Yardım" İctmai Birliyinin sədiri Şahid Qurbanov həbs olunub. Onun barəsində Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bəzi saytlar iddia edir ki, o, çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək, müxtəlif vədlər verməklə, onların pul vəsaitini ələ keçirib, təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Zərərçəkmişlərdən biri Elçin Quliyev "Azərbaycan Reallığı"na bildirib ki, Şahid Qurbanov ona Yasamal rayonunda MİDA yaşayış kompleksində 3 yaşayış evi alacağını vəd edərək 53 min manat pulunu mənimsəyib. Daha sonra Qasımov Elxan Ələddin oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmə məqsədi ilə 10 min manat pulunu ələ keçirib.

Məmmədov İlhami İslam oğlundan 9 min manat, Akifli Akif Rəhim oğlundan isə 14 min 900 manat alaraq, işə düzəldəcəyi və onları mənzillə təmin edəcəyin vəd edərək, onlara müxtəlif məbləğlərdə ziyan vurub.

Zərərçikmiş Quliyev Elçin İlqar oğlu bildirib ki, ittiham olunan şəxs bu əməli törədərkən tək olmayıb, o, bu cinayət əməlini bir neçə nəfərlə birlikdə törədib. Cinayət işində onunla birlikdə bir neçə nəfərin adı hallansa da yalnız Şahid Qurbanov ittiham edilib, kimlərsə ona himayadarlıq edir. İndi o şəxslər Şahid Qurbanovun azadlığa çıxması üçün müxtəlif yollara əl atırlar.

“İstəyirlər ki, dəymiş ziyan ödənilməmiş təqsirləndirilən şəxsi həbsdən azad etdirsinlər. Amma biz şikayətçiyik, mənə və digər zərərçəkənlərə dəymiş ziyan ödənilməsə şikayətimizi geri götürməyəcəyik. Buradan Daxili İşlər Nazirliyindən və cənab nazirdən xahış edirik, bu işi nəzarətdə saxlasınlar ki, aparılan istintaq işinə kimlərsə hansısa vastələrlə mane olmasın", - deyə zərərçəkmiş bildirib.

Qeyd edək ki, dələduzluqda ittiham olunaraq həbs olunan Şahid Qurbanov tanınmış aktirisa Zarina Qurbanovanın atasıdır.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.