Ağdaş sakini kanalta batdı - Hazırda axtarışlar davam etdirilir

Bu gün saat 16 radələrində Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə rayon polis şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, həmin şəxsin rayon sakini, 2006-cı il təvəllüdlü  Kərimli Samir Mirzəmməd oğlu olduğu müəyyən edilib.

Polis və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub və hazırda axtarışlar davam etdirilir.