Ağdamda 4 tona yaxın çətənə bitkisi məhv edildi

Ağdamda yabanı halda bitən 4 tona yaxın çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Cinli kəndində yabanı halda bitən 4 tona yaxın 22313 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.