Ağdamda 2 gənci bıçaqlayan tələbə saxlanıldı - YENİLƏNİB

Ağdamda baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən Abdullasoylu Həsən Zaur oğlu polis tərəfindən saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, o, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin ikinci kurs tələbəsidir. 

*** 21:26

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq xəsarətləri yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.