Açıq dənizdə əməliyyatda 7 tona yaxın narkotik ələ keçirildi - FOTOLAR

Latın Amerikası ölkəsi olan El Salvadorda təhlükəsizlik qüvvələri rekord narkotikin ələ keçirildiyi əməliyyat həyata keçirib.

Stopnarkotik.az xəbər verir ki, dünyanın ən təhlükəli ölkələrindən biri hesab edilən və 30 ildə 120.000 mülki şəxsin ölümünə səbəb olan El Salvadorda hərbi dəniz qüvvələri Sakit okean sahilində keçirilən reyd zamanı 6,6 ton narkotik ələ keçirib. Narkotik paketləri La Pazdakı Kosta del Sol körfəzindəki La Konkordiya limanında mətbuata nümayiş etdirilib.

El Salvador polisi həmçinin narkotiklərlə birlikdə həbs olunan şübhəlilərin şəkillərini ictimaiyyətə təqdim edib. Kartellərə qarşı müharibə aparmaq üsulları mübahisəli olan El Salvador prezidenti Nayib Bukele sosial mediada El Salvador Milli Dəniz Qüvvələri tərəfindən aparılan müsadirə edilmiş narkotiklərin bazar dəyərinin təxminən 167 milyon dollar olduğunu bildirib.

Stopnarkotik.az

**

**

**

**

**