Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsi vəhşicəsinə qətlə yetirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Qeyd olunub ki, universitet kollektivi bu ağır cinayətdən kədərləndiyini bildirir, tələbəmizə rəhmət diləyir, cinayətkarın layiq olduğu cəzanı alacağına inanır. Leyla Hüseynli intizamlı, fəal tələbə kimi tanınıb, yüksək akademik göstəriciləri olub.
Allah rəhmət eləsin!
Xatırladaq ki, iyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızı və 8 aylıq körpəsinin öldürülüb. Aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun arvadı Leyla Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.