Abşeronda kişi almaq istədiyi evə baxış zamanı özünü 4-cü mərtəbədən atıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, 1960-cı il təvəllüdlü Rəhman Quliyev Mehdiabad qəsəbəsində yerləşən 1 saylı binanın dördüncü mərtəbəsində yerləşən mənzildən özünü ataraq öldürüb.
Bildirilib ki, Rəhman Quliyev həmin mənzili almaq istəyib. Bu səbəbdən o ev sahibi Mirabbas Sadıqovla görüşərək mənzilə gəlib. Ev sahibi ilə bir qədər söhbət etdikdən sonra pəncərədən özünü ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.